Ürəkdən oxuyan, ürəkdən ölən...Müslüm

  • 17.08.2019
  • 0

Azərbaycanı onun qədər gözəl tərənnüm edən ikinci bir müğənni varmı? Mübahisəli sualdır deyilmi? Rəşid də Azərbaycandan oxuyub, Zeynəb də, bir başqası da. Amma Müslüm kimi Azərbaycanı zirvəyə daşıyan ikinci bir səs tanımıram. 

1942-ci ilin avqustun 17-də Bakıda anadan olmuşdu. O doğulanda babası Müslüm Maqomayev 5 ildir həyatda yox idi. Dövrünün məşhur bəstəkarı, Üzeyir Hacıbəyovun bacanağı, Azərbaycan müsiqisində Avropa stilində ilk operanın müəllifi 1937-ci ilin yayında vəfat etmişdi. Amma biologiyada Mendel qanunu deyilən bir şey var ki, o qanuna görə babalarımızın irsi xasiyyət və əlamətləri gen adlandırılan hissəciklərlə nəsildən-nəsilə ötürülür. Nəvə Müslüm baba Müslümdən çox şeyləri əxz elədi. İlk növbədə isə bəstəkarlığı və operaya heyranlığı…

Hələ 1962-ci ildə cəmi 20 yaşında SSRİ-də populyar olan məşhur Oqonyok jurnalı “Bakılı gənc dünyanı fəth edir” deyə yazırdı. Sonrakı illərdə o təkcə dünyanı yox, həm də ürəkləri fəth elədi. Heyf ki, vəfasızlığı da ürəkdən oldu. Oxumağı da ürəkdən, sevməyi də ürəkdən, ölməyi də ürəkdən. 

Nə düşünürsən?