Avtoxuliqanlar, sənədsiz sürücülər, qanunsuz fəaliyyət

  • 17.08.2019
  • 0

Astarada “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Astara şəhər sakini Camal İbrahimov DİN-in “102” mərkəzinə dənizkənarı parkın yaxınlığında maşınla manevrlər edərək onun və nəvəsinin həyatına təhlükə törədən sürücü haqqında məlumat verib. 

Nəticədə Astara RPŞ-nin əməkdaşları tərəfindən avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Reyd zamanı yük avtomobilini dövlət nömrə qeydiyyat nişanı olmadan idarə edən, eləcə də sərnişindaşıma qaydalarını pozan sürücülərə də rast gəlinib.

Eyni zamanda sürücülük vəsiqəsi olmadan avtomobilin sükanı arxasında əyləşən iki sürücü müəyyən edilib. Qayda pozuntusuna yol verən sürücülərin maşınları cərimə meydançasına aparılıb. 

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirak etdiyi reyddə daha çox havaya normadan artıq dəm qazı buraxan Rusiya istehsalı olan nəqliyyat vasitələri saxlanılıb. cəlb olunur. Sürücülərə tələblər və qaydalar izah edilib. "Təmiz hava" aylığı çərçivəsində keçirilən reydlər avqustun sonuna kimi davam edəcək.