Bəxtiyar şair

  • 16.08.2019
  • 0

Bu gün onun doğum günüdür. Bəxtiyar şairin. 20-ci əsrdə Səməd Vurğundan sonra ən çox yadda qalan, ən çox sevilən Bəxtiyar Vahabzadənin. Hardansa oxumuşdum ki, o Səməd Vurğunun da olduğu məclisdə durub həyəcanla şeir oxuyub. Səməd Vurğun isə “bu cavan məndən də yaxşı yazır”- deyib.

Bilmirəm, hansı daha yaxşı yazırdı, amma xalq hər ikisini sevdi. Birini bir az daha az, birini bir az daha çox ola bilər, amma bu iki ad 20 əsr Azərbaycan şeirində hadisəyə çevrildi.

Həyatı da başdan-ayağa hadisə idi Bəxtiyar Vahabzadənin. 1962-ci ildə millətçi damğası ilə işldiyi Universitetdən qovmuşdular onu. Əlbəttə, “Gülüstan”ın müəllifinə o illərdə heç kim gülüstan yaratmayacaqdı. Amma o poeziyası ilə bizi həmişə gülüstana dəvət edərdi…

Onu şeirləri qədər oxucusuna sevdirən həm də cəsarəti idi. O cəsarətdən 90—cı illərin əvvəllərində hamı fəxrlə, fəxarətlə danışardı. Özü isə ölümqabağı bu söhbətləri uşaq kimi kövrək , ağlaya-ağalya dinləyərdi.

Hər halda, Bəxtiyar şairdir. Şerləri də, ictimai-siyasi fəaliyyəti də onu əsrlər boyu yaşadacaq. Öz təbirincə desək, ona görə yox ki, dünya fırlanır, ona görə ki, o şerin başına fırlanan şair idi, böyük millət adamı idi… Nur içində yatsın...

Nə düşünürsən?