Bakının altı rayonunda yerləşən qəzalı binalar söküləcək

  • 15.08.2019
  • 0

Bakıda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul olunub. Sökülməsi nəzərdə tutulan binaların siyahısı da məlumdur.

Xezerxeber.az-ın məlumatına görə, ən çox söküntünün aparılacağı rayon Sabunçudur. Bu rayon ərazisində müxtəlif ünvanlarda 7 binanın sökülməsi nəzərdə tutulur. Suraxanı rayonunda isə qəzalı vəziyyətdə olan 4 binanın söküntüsü həyata keçiriləcək. Bundan əlavə, Binəqədi rayonunda 2, Səbayıl, Yasamal və Xətai rayonlarının hər birində isə qəzalı vəziyyətdə olan bir bina söküləcək.

Ən çox söküntünün aparılacağı Sabunçu rayon ərazisində artıq köçürülmə prosesinə başlanılıb. Bu rayonda 4 binanın kəskin qəzalı olması barədə rəy verilib.

Qeyd edək ki, sözügedən binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib. Köçürülmə prosesi mərhələli şəkildə davam etdiriləcək. Bir neçə bina istisna olmaqla əksər binaların yerində yeni binaların inşası nəzərdə tutulmur.

Nə düşünürsən?