Əhaliyə xəbərdarlıq edildi: Pulunuzu mənimsəyə bilərlər!

  • 14.08.2019
  • 0

"Atlantika bank"dan olduğunu bildirir və Azərbaycan dilində vətəndaşların telefonlarına kreditlə bağlı mesaj göndərirlər. Mesajda qeyd olunur ki, əgər lazımi sənədləri və pulu göstərilən ünvana ödəsəz, sizə 3 faizdən 50 faizə qədər böyük məbləğdə kreditlər veriləcək. Əslində isə maliyyə fırıldağı məqsədilə göndərilən mesajın məqsədi vətəndaşları aldadaraq vəsaitlərini mənimsəməkdir.

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, belə mesajlar gələndə vətəndaşlar bir sıra məqamlara diqqət etməlidirlər.

Ekspertin sözlərinə görə, xaricdən gələn və hansısa məbləğ vəd edən mesajlara cavab verərkən qətiyyən şəxsi bank hesabları və digər fərdi məlumatları ötürmək olmaz. Yoxsa vətəndaşlar ciddi problemlərlə üz-üzə qala bilərlər.

Qeyd edək ki, "Atlantika bank" adı ilə sayt da yaradan fırıldaqçılar bu yolla özlərinin guya şəffaf fəaliyyəti barədə imic formalaşdırırlar. Onların əksər hissəsinin fəaliyyət mərkəzi isə müxtəlif Afrika ölkələri göstərilir. Elə bu saytda da qeyd olunub ki, guya bankın filiallarının hamısı Afrika ölkələrinin paytaxt şəhərlərində fəaliyyət göstərir. Azərbaycan dilində göndərilən mətnə də diqqət edəndə onun qeyri-peşəkar və müxtəlif tərcümə proqramlarından istifadə etməklə tam anlaşılmayan formada olduğu aydın görünür.

Nə düşünürsən?