Kürdəmirdə yenə yol qəzası oldu

  • 14.08.2019
  • 0

Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə Bakı sakinləri olan 3 nəfər - 1974-cü il təvəllüdlü Abdullayeva Könül Məhərrəm qızı, 1955-ci il təvəllüdlü Məmmədova Güldəstə Aslan qızı və 2010-cu il təvəllüdlü Oruclu Zöhrab Novruz oğlu yüngül xəsarət alıb.
Onlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır. (Report)

Nə düşünürsən?