Hövsan qızlarına söz atdı, axırı belə oldu

  • 14.08.2019
  • 0

Sosial şəbəkədə Hövsan sakinləri və xüsusən bu kənddən olan qızlarla bağlı xoşagəlməz ifadələr işlədən gənc cəzalandırılıb.


Metbuat.az xəbər verir ki, 20-25 yaşlı gənc, kənd camaatı tərəfindən tapılaraq ondan üzr istəməsi tələb edilib. Sözügedən şəxs kənd sakinlərinin tələbinə əməl edib:


"Özümdə olmamışam, nə demişəmsə özümə demişəm, nəslimlə qələt etmişəm. İnsan səhvini başa düşəndə çox peşman olur. Çox peşmanam. Analar, bacılar, xahiş edirəm, məni üzrlü sayın". 

Sözügedən videonu təqdim edirik.


Qeyd: Videoda qeyri-etik ifadələr var.

Nə düşünürsən?