Londonda sürücü avtomobili piyadalara çırpdı

  • 02.12.2017
  • 0

Londonda sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində ən azı beş nəfər xəsarət alıb. Oxu.Az-ın The Daily Mail nəşrinə istinadən xəbərinə görə, onlardan ikisinin vəziyyəti ağırdır. Avtomobildə olan sərnişinlər xəsarət almayıblar. Polisin məlumatına əsasən, hadisə terror aktı kimi qiymətləndirilməyib.