Çaydan yığılan daşların üzərində rəsm əsərləri aşkarlandı

  • 11.08.2019
  • 0

İsmayıllı sakini çay daşları yığarkən maraqlı hadisə ilə qarşılaşıb. O, yığdığı daşların üzərində fərqli rəsmlərin olduğunu görüb. Daşların uzunluğu 2 metrə yaxındır.

Xezerxeber.az-ın məlumatına görə, daşların üzərində sanki rəsm əsərləri çəkilib.O qədər incəliklə işlənib ki, hər hansı bir peyzajdan fərqlənmir. Daş üzərində çəkilən bu əsər Girdiman çayından tapılıb.

Lahıc-Dəmirçi yolununun kənarında yerləşən ailəvi istirahət mərkəzlərinin birində çalışan Ramiz Əliyevin sözlərinə görə, istirahət mərkəzində bir yenilik etmək istəyib. Yemək masasını daşlardan düzəltmək üçün lay daşları yığıb gətirib.Daşların üzərini silib təmizləyən zaman daşın üstündə maraqlı bir mənzərə ilə rastlaşıb.

Bundan sonra o digər daşlara da nəzər yetirib.Başqa bir daşda isə daha fərqli bir mənzərə ilə rastlaşıb.

Ramiz Əliyev daşın üzərində çəkilən şəklin hansı dövrə aid olduğunu bilmir. Gətirilən daşların hər birinin uzunluğu 1m. 20 sm, eni 1m. və qalınlığı isə 10sm-dir .

Nə düşünürsən?