Bayram öncəsi bahalaşma

  • 09.08.2019
  • 0

Qurban bayramı ilə əlaqədar ölkəmizin bölgələrində yerləşən qoyun bazarlarında sıxlıq yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, əsas heyvan bazarlarından biri olan Bərdə bazarında da alıcı-satıcı sıxlığı var.

Hər kəs bazara öz təsərrüfatında olan erkək qoçları çıxarıb. Heyvanlar Bərdə ilə yanaşı, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Yevlax və başqa rayonlardan gətirilib. Heyvan bol olsa da alıcılar qiymət bahalığından şikayət edirlər.

Bəzi satıcılar heyvanlarını satsalar da, bir çoxları isə alıcılıq qabiliyyətinin aşağı olmasından şikayətlənib.

Lənkəranda da səhər saatlarından qurbanlıq qoyunlarını satmaq və ya bayram üçün heyvan almaq istəyən hər kəs bazara üz tutub. Qiymətlər isə fərqlidir. Satıcılar qiymətin dəyişməsinin heyvanın çəkisindən asılı olduğunu deyir.

Lənkəranda da alıcıların əksəriyyəti qiymətdən narazıdır. Belə ki, kilosuna görə hesablandıqda qoyun ətinin 1 kq-ı alıcıya 12 manata başa gəlir.

Qiymətdən narazı qalan bəzi alıcılar bazardan əliboş geri qayıdıb.

Nə düşünürsən?