“Bavariya” yoldaşlıq görüşüdə 23 qol vurub - VİDEO

09.08.2019 | 3 412 | 0

Almaniyanın “Bavariya” klubu liqa təmsilçisi “Rottax-Eqern” klubu ilə yoldaşlıq görüşü keçirib.

“Report” xəbər verir ki, görüş 23: 0 hesabı ilə Almaniya Bundesliqasının hazırkı çempionlarının xeyrinə başa çatıb.

Ən çox qolu yarımmüdafiəçi Korentin Tolisso vurub. O, rəqibin qapısından dörd qol keçirib. “Bavariya”dan Levandovski, Müller, Kvasi və Leon het-trik ediblər, yarımmüdafiəçi Renatu dubla imza atıb, Leon Dayaku, Serj Qnabri, Nolleberqer və Sarprit Sinkh hərəyə 1 dəfə fərqləniblər.

“Rottax-Eqern” klubunun oyunçusu Lars Ditrix isə avtqolla yadda qalıb.

Nə düşünürsən?
Yüklənir...