Dünyada ilk dəfə boranıdan bəhməz hazırlandı

  • 08.08.2019
  • 0

Boranı, geniş yayılmış adıyla balqabaq təbiətin insana verdiyi şəfa mənbələrindəndir. Qış mövsümünün xarakteristik ləzzətlərindən olan bu tərəvəz bir çox araşdırmaların da mövzusuna çevrilib. Qidalanma və Pəhriz Mütəxəssisi Melis Torluoğlu deyir: “Balqabaq A, B və E vitaminləri, dəmir, sodium, kalium, kalsium, maqnezium, sink və fosforla zəngindir. Bu zənginlik onu qida rasionumuza salmağın mütləqliyinin göstəricisidir”. 

Düzdür, balqabaq faydalıdır deyirik, amma onu uşaqlara necə sevdirə bilərik? Sualın cavabı çox sadədir: şorbasını, piroqunu, kotletini, hətta əzməsini belə hazırlayaraq.  Beləcə, bu vitamin deposunu uşaqlarımıza yedirə bilərik. 

Balqabaq allergik reaksiyaların önlənməsinə kömək edir. Məlumdur ki, allergiyaların təməlində immun sisteminin zəifliyi dayanır. Və bu cür hallarda orqanizmin antioksidanlarla bərabər mineral və vitaminlərə də ehtiyacı çoxalır. Balqabaq ən güclü antioksidan və eyni zamanda vitamin olan  beta karotinlərlə zəngindir. 100 qram balqabaqda vücudun gündəlik A vitamini ehtiyacının iki qatı var. 

Balqabağın püre və ya əzməsi uzun müddətli toxluq yaradır. Bu da artıq çəkidən azad olmaq üçün yeni bir şansdır. Üstəlik, bağırsaq hərəkətsizliyi olanların dadına çatır; balqabaq həzm sistemini və  bağırsaqları aktivləşdirir.

6-8 aylıq uşaqlara balqabaq şorbası içirsəniz, balacalar qəbizlikdən əziyyət çəkməz. Əgər uşaqlarınıza boranını sevdirə bilmirsinizsə,  “Osmanbeyli” MMC tərəfindən hazırlanan yeni məhsul-boranı bəhməzi köməyinizə çatacaq. Gün ərzində 1 xörək qaşığı bəhməz uşağınızın ehtiyacı olan vitaminlərin 50%-dən çoxunu ödəyəcək. 

Bəli, düz eşitdiniz. Dünyada ilk dəfə balqabaq bəhməzi “Osmanbeyli”də istehsal olunub. Bəhməzi də ən az balqabağın özü  qədər faydalıdır. Məsələn, boranı bəhməzi:

• Qan dövranını tənzimləyir;

• Qaraciyər xəstəliklərində faydalıdır;

• Xüsusilə, siqaret çəkən insanların damarlarında, qaraciyər və ağciyərlərində olan toksinləri təmizləyir;

• Mədə bulantısını azaldır;

• Dərini təravətləndirir;

• İmmuniteti gücləndirir;

• Bağırsaqları hərəkətə keçirir və bağırsaq qurdlarını tökür;

• Qəbizliyi aradan qaldırır;

• Oynaqların iltihabını azaldır;

• Sinirləri  sakitləşdirir;

• Damar tıxanıqlığını yox edir; 

• Tərkibindəki ksantin sayəsində ultra-bənövşəyi işığın göz tərəfindən süzülməsinə kömək edir;

• Gözdə toxuma zədələnməsini və kataraktı önləyir;

• Görmə qabiliyyətini yaxşılaşdırır;

• Artıq çəkidən azad olmağa kömək edir;

Nə düşünürsən?