Dünya çempionları vətəndə

  • 06.08.2019
  • 0

Bolqarıstanda keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatında ikinci yeri tutan yunan-Roma güləşi millimiz vətənə qayıdıb.

Mundialda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan pəhləvanlarımız üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi təşkil olunub.

Güləçilərimizi yaxınları, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, komanda yoldaşları və məşqçilər qarşılayıblar.

Xatırladaq ki, dünya çempionatında Nihat Məmmədli və Laçın Vəliyev qızıl, Ziya Babaşovla Elmir Əliyev gümüş, Fərid Sadıxlı isə bürünc medal qazanıb.

Nə düşünürsən?