Avtobus motosikletlə toqquşdu

  • 06.08.2019
  • 0

Zaqatalada avtobus qəzası baş verib.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 6-da Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı, 99 RM 098 dövlət qeydiyyat nişanlı, içərisində 40-dan çox sərnişin olan avtobus rayonun Muxax kənd sakini Şərafəddin Musa oğlu Atayevin idarə etdiyi qoşqulu motosikleti vurub. Qəza zamanı motosikletin sürücüsü yüngül xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?