Atasının pullarını oğurlayıb borc verdi

  • 06.08.2019
  • 0

Qubanın Vladimirovka kənd sakininin nə az, nə çox, düz 47 min ABŞ dolları oğurlanıb. 

APA TV-nin şimal bürosunun məlumatına görə, Kərim Əlişanov polis şöbəsinə müraciət edərək evindən naməlum şəraitdə oğurluq edildiyi barədə məlumat verib. 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub: 

İlkin dindirilmə zamanı R.Əlişanov tutduğu əməli etiraf  edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?