Sumqayıtda kranla avtomobil toqquşdu

  • 05.08.2019
  • 0

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, qəza şəhərin Sahil küçəsində, Corat abidəsinin qarşısında qeydə alınıb.

Abidə istiqamətindən gələn qaldırıcı kran Sahil küçəsi ilə hərəkət edən "Ford" markalı kiçiktutumlu yük avtomobili ilə toqquşub.  Xəsarət alan olmasa da "Ford" markalı avtomobilə ciddi ziyan dəyib. 

Qəza bir müddət yolda sıxlığın yaranmasına səbəb olub. 

Araşdırma aparılır.

Nə düşünürsən?