Ölümcül xəstəliyin üzəriylə gəzirik - Rəsmi xəbərdarlıq

  • 02.08.2019
  • 0

Son zamanlar hər il ərzində 5-6 baş heyvanda "qara yara" xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib.Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib. Deyib ki, qarayara xəstəliyi təkcə heyvanlardan yox, torpaqdan da yoluxur

Ramiz Salmanov qarayaranın heyvanlardakı əlamətlərindən də danışıb.

Ramiz Salmanov qeyd edir ki, son dövrlər hər il 5-6 baş heyvanda qarayara xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən kənarda qalmış heyvanlarda baş verib. Bu ilin 6 ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən xüsusi təhlükəli xəstəlik hesab olunan qarayaraya qarşı 2 milyon 530 milyon 204 baş iribuynuzlu, 7 milyon 185 min 984 xırdabuynuzlu heyvanlarda, 4 min 105 donuz və 81 min 363 baş təkdırnaqlılarda, 320 baş dəvədə profilaktik peyvəndləmə aparılıb. Hazırda bu xəstəliklə bağlı respublikada epizotik vəziyyət sabitdir.

Nə düşünürsən?