Qusarda 1 ton narkotik aşkarlandı və…

  • 02.08.2019
  • 0

Qusarda bir ton narkotik məhv edilib. APA TV-nin şimal bürosunun məlumatına görə, Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kəndi ərazisində yabanı halda bitmiş, yaş çəkisi bir tona yaxın, hündürlüyü 150-300 sm olan 581 ədəd çətənə kolu aşkar olunub. 

Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Nə düşünürsən?