Rus qızdan Rövşən "Lənkəranski"yə qarşı inanılmaz jest

01.08.2019 | 9 631 | 0

Rusiyada "Rövşən Lənkəranski” ləqəbilə tanınan "qanuni oğru” Rövşən Canıyevin fanatları onun xatirəsini əziz saxlayırlar.

Anews.az BAKU.WS-ə istinadan xəbər verir ki, onlardan biri olan rus qızı maşınına "Rövşən Lənkəranski”nin şərəfinə bəzəyib.

Stavropol diyarında maşın sürən qız "qanuni oğru”nun təvəllüdünü və ölüm tarixini avtomobilinin ön və yan hissələrinə yazdırıb.

"Rövşən Lənkəranski” 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində polis ailəsində anadan olub. İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib.

Qeyd edək ki, "Rövşən Lənkəranski" 2016-cı ilin 18 avqustunda Türkiyənin İstanbul şəhərində qaldığı otelin qarşısında killer tərəfindən şəxsi avtomobilində güllənərək öldürülmüşdü. 


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?
Yüklənir...