Sürücülərə vacib xəbərdarlıq! Sabahdan etibarən...

  • 31.07.2019
  • 0

Avtomobillər saxlanılacaq və havaya atılan zərərli qazların miqdarı ölçüləcək. Sabahdan etibarən hər il ənənəvi olaraq keçirilən ''Təmiz hava '' aylığına start verilir.

Araşdırmaya görə respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

Yol polisi sürücülərə nəqliyyat vasitələrini saz vəziyyətə gətirməsini tövsiyyə edir.

Qeyd edək ki, sözügedən normanın pozulmasına görə sürcülər 50 manat miqdarında cərimə edilə bilər.

Nə düşünürsən?