Göygöldə sərxoş sürücü qəza törətdi

  • 31.07.2019
  • 0

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun  Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Hərəkətdə olan “QAZel” markalı yük maşını “Niva” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Niva” aşıb. Aşan maşının sürücüsü, 1985-ci il təvəllüdlü Göygöl rayon sakini Ramazan Mövlayev və avtomobildə olan sərnişin xəsarət alıb. 


Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin orta ağır olduğu bildirlir. İlkin məlumata görə, yük maşınının sürücüsünün spirtli içki qəbul etdiyi bildirilib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində  araşdırma aparılır.

Nə düşünürsən?