Bu gün insan alverinə qarşı mübarizə günüdür

  • 30.07.2019
  • 0

İnsan alveri qurbanlarının 72 faizini qadınlar təşkil edir

Bu gün Ümumdünya insan alverinə qarşı mübarizə günüdür.

BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin məlumatına görə, qeydə alınmış qurbanların təxminən 72 faizini qadın və qızlar təşkil edir, zərərçəkmiş uşaqların sayı isə 2004-cü ildən indiyə kimi iki dəfədən çox artıb.

Qeydə alınmış qurbanların əksəriyyəti cinsi istismar məqsədilə insan alverinə cəlb olunur. İnsan alverçiləri və terrorçu qruplar yoxsul şəraitdə yaşayanlardan tutmuş, müharibə vəziyyətində olan və ya ayrı-seçkiliklə üzləşən insanlara kimi çətin vəziyyətdə olanları hədəfləyirlər.

Azərbaycanda insan alverinə qarşı mübarizə artıq 2005-ci ildən başlanılıb və bu sahədə bir çox nailiyətlər əldə olunub. Nazirlər Kabinetinin insan alveri qurbanları üçün təyin etdiyi kompensasiya əvvəl 33 manat idisə bu gün bu məbləğ 700 manata qaldırlıb.

O cümlədən insan alveri qurbanlarına əvvəl 3 xəstəxana xidmət göstərirdisə hazırda 9 xəstəxana xidmət göstərir.

Bu işdə QHT-lərin də rolunu qeyd etmək lazımdır. 

Azərbaycanda insan alverinə qarşı mübarizədə ixtisaslaşan bir neçə sığınacaq var ki, bu sığınacaqlarda şəxsin qiymətləndirilməsindən asılı olaraq onun sağlamlığı, təhsili, reabilitasiyası və s. xidmətlər göstərilir.

Lakin ətrafımızda baş verən zorakılıq və istismara olan laqeydlik də ağır itkilərə gətirib çıxarır.

Əksər ölkələrdə lazımi qanunlar mövcuddur ki, insan alverinə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb edib. Lakin transmilli insan alveri şəbəkələrinin məsuliyyətə cəlb etmək və, ilk növbədə, qurbanların müəyyənləşdirilməsini və onların ehtiyac duyduğu müdafiə və xidmətlərə çıxışını təmin etmək üçün daha çox işlər görülməlidir

Nə düşünürsən?