Rəcəbovdan növbəti heç-heçə

  • 18.07.2019
  • 0

Almaniyada “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turniri davam edir. Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən yarışda 4-cü turun oyunları geridə qalıb.

Turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov ABŞ-dan olan şahmatçı Lenyer Dominqeslə qarşılaşıb. Tərəflər 42-ci gedişlə sülh bağlayıblar.

Xatırladaq ki, əvvəlki oyunlarda polşalı Radoslav Voytaşek və macarıstanlı Riçard Rapportla heç-heçə edən qrossmesyterimiz, almaniyalı Liviu Dieter Nisipeanunu mat qoyub.

Beləliklə, 4 turdan sonra aktivində 2 xal yarım olan Teymur Voytaşek və Rapportla birgə ilk 3 pilləni bölüşür.

Bu gün yarışda istirahət günüdür. Rəcəbov sabah reallaşacaq 5-ci turda rusiyalı həmkarı Yan Nepomnyaşiylə üz-üzə gələcək.

Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.

Nə düşünürsən?