Azərbaycan
atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay
Universiadasının qalibi olub.
“Ölkə.Az”
xəbər verir ki, o, 3 təkanla tullanma yarışında 16,89 metr nəticə göstərərək qızıl
medala sahib olub.
22 yaşlı
idmançı qızıl medal sevincini Azərbaycan bayrağı ilə qeyd edərkən tribunada
Türkiyə bayrağını da görüb. Babayev həmin bayrağı da alaraq hər iki bayrağı dalğalandırıb.