5 uşaq birləşərək 18 yaşlı qızı zorladı

  • 11.07.2019
  • 0

Ötən gün Almaniyada yaşanan iyrənc hadisə ölkə gündəmini zəbt edib. 


BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, Mulhaym şəhərində 18 yaşlı gənc qadın bir qrup şəxs tərəfindən təcavüzə məruz qalıb. Təcavüz etkidən sonra həmin şəxslər qaçırdıqları qadını yol kənarına atıblar. 


Bir vətəndaş tərəfindən huşsuz vəziyyətdə tapılan qadın xəstəxanaya çatdırılıb. Araşdırmalar zamanı məlum olub ki, qadını zorlayan 5 nəfər olub. Ən təəccüblüsü isə həmin şəxslərin uşaq olmasıdır. 


Onlardan ikisinin 12, üçünün isə 14 yaşı olub. Almaniya qanunlarına görə 14 yaşına çatmayan şəxslərə cəza düşmədiyi üçün onlardan ikisi sərbəst buraxılıb. Lakin uşaqların hamısı məktəbdən qovulub. 


Həkimlər təcavüzün uzun müddət davam edildiyi və qadınla olduqca kobud davanıldlğı üçün reabilitasiyasının uzun zaman alacağını açıqlayıb.


Yaşanan hadisədən sonra ölkədə bəzi vətəndaşlar etiraz edərək cəza yaşının azaldılmasını tələb ediblər. 


Nə düşünürsən?