Qəzadan sağ çıxaşn sürücü 5 gün əvvəl mükafat alıbmış

  • 10.07.2019
  • 0

 Bakı-Astara yolunun Masallı rayonundan keçən hissəsində baş verən və 8 nəfərin ölümü ilə nəticələnə qəzanı törədən sürücü taksi fəaliyyəti ilə məşğul olmaq üçün 5 gün əvvəl “Fərqlənmə nişanı” alıbmış.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, “Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Mustafayev Nizami Malik oğluna taksi fəaliyyətinin həyata keçirilməsi üçün “Fərqlənmə nişanı”nın verilməsi qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olub.

Nizami Mustafayev Agentliyə müraciət edərək yalnız Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə “Fərqlənmə nişanı”nın verilməsini istəmiş və ərizəsinə də müəyyən edilən sənədləri (verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini) əlavə edib. Sürücü tərəfindən sonuncu dəfə “fərqlanmə nişanı” alınmasına dair ərizə 02.07.2019 tarixində təqdim edilib.