Hacıqabulda iki yük maşını toqquşdu

  • 09.07.2019
  • 0

Hacıqabul rayonunun Padar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, 32 BD 290 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobil arxadan eyni yolda hərəkətdə olan 20 BK 838 dövlət nömrə nişanlı qoşqulu “MAZ” markalı avtomobilə çırpılıb. 

Hadisə nəticəsində KAMAZ” markalı avtomobilin sürücüsü yerindəcə ölüb.

Ölən sürücünün şəxsiyyəti hələ ki, müəyyənləşməyib.

Nə düşünürsən?