İxtisaslaşmış məhkəmələr yaradılır

  • 09.07.2019
  • 0

Bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini də zəruri etdi. Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Prezidentin Fərmanından sonra məhkəmə hüququ sisteminə aid olan orqanlarda müzakirələr başlandı. Növbəti müzakirələr isə parlamentdə aparılır."Məhkəmələr və hakimlər haqqında" qanunda əksini tapan məsələlər barədə real-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. 

Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırıldı.

Ümumilikdə isə məhkəmə sistemində aparılan islahatlar məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsinə, ədalət mühakiməsinin prinsiplərinə riayət edilməsinə xidmət edir. 

Nə düşünürsən?