Azərbaycanda mikroavtobus qəzası - Səkkiz nəfər öldü

  • 09.07.2019
  • 0

Masallıda ağır qəzada həyatını itirən şəxslərin kimliyi məlum olub.


Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, ölənlər 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu; 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlu, Tağıyev Rəşad Atalı oğlu, 2016-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğludur.


Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır. Hər iki şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.


09:23


Masallıdakı dəhşətli qəzanın təfərrüatı məlum olub.


Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, “Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “KAMAZ” markalı yük maşınına çırpılıb.


Dəhşətli qəzada mikroavtobusdan yalnız 24 yaşlı qadın – 1995-ci il təvəllüdlü, Lerik rayonu Kəlvəz kənd sakini Tağıyeva Miranə Atalı qızı yaralı halda Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


“KAMAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.


İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər.

Nə düşünürsən?