Bayram Nurlunun AST Telmanın otelində şok görüntüsü

  • 08.07.2019
  • 0

Oxu24.com xəbər verir ki, hazırda Antalyada dincələn ekstrasens Bayram Nurlunun videosu yayılıb. Onun üst geyimində hovuza girməsi izləyicilər tərəfindən tənqidlə qarşılanıb. Tənqidləri gördükdən sonra B. Nurlu qaralmamaq üçün bu addımı atdığını söyləyib. Qeyd edək ki,  Titanic Mardan Palace Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsusdur. Xatırladaq ki, adıçəkilən otelin açılışı 2009-cu ildə olub. AST Telman atasının adını daşıyan otelin inşaası üçün 1,4 milyard dollar vəsait xərcləyib.


Lakin AST Telmanın borcları səbəbindən 7 ulduzlu otel uzun müddət istifadəsiz qalıb, borclar müqabilində otel banklardan biri tərəfindən müsadirə edilmişdi. "Halkbank"la keçirilən görüşlərdən sonra "Titanic Hotels"lə razılıq əldə eidlib. Bu dəbdəbəli otelin 10 illik kirayələndiyi açıqlanmışdı.