Lənkəranda ağır qəza - 1 ölü, 2 yaralı var

  • 07.07.2019
  • 0

Lənkəran rayonunun Gərmətük kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, "Mercedes” markalı minik avtomobili "QAZ-52” markalı avtomobillə toqquşub. Qəza nəticəsində "QAZ-52” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Hakim Tahirov hadisə yerində həlak olub.

Xəsarət alanlar -1964-cü il təvəllüdlü Ehtiram Nurullayev və 1978-ci il təvəllüdlü Rasim Quliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?