Hər kəsdən gizlənən rəssamın kim olduğu üzə çıxdı

  • 06.07.2019
  • 0

Müsahibə zamanı üzü qismən bağlı olan rəssamın Benksi olduğu güman edilir

Məşhur anonim küçə rəssamı Benksiyə ("Banksy") aid olduğu ehtimal edilən köhnə müsahibə tapılıb.

2003-cü ilə aid olan müsahibəni "ITV News" telekanalı öz arxivlərində aşkar edib.

Müsahibə zamanı üzü qismən bağlı olan rəssamın Benksi olduğu güman edilir, çünki kadrlardan onun divarda qara rəngdə həşərat şəklini çəkdiyini və hərfli kublardan "kill more" ("daha çox öldür") sözlərini yığan uşaq qraffitisi üzərində işlədiyini görmək olar.

Hər iki iş sonradan Benksinin sərgilərində nümayiş olunub.

Nə düşünürsən?