Novxanı çimərliyindən biabırçı görüntülər

  • 06.07.2019
  • 0

Bu il dəniz mövsümü açılandan sonra çimərliklərin vəziyyəti heç də ürəkaçan deyil. Xüsusən də, insanların ən çox axın etdiyi Novxanı çimərliyi bərbad vəziyyətdədir.

Abşeron rayonu, Novxanı “Alma” çimərliyində isə vəziyyət daha bərbaddır.

Bu barədə sakinlər BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.

Çimərlikdən görüntü çəkən şikayətçi burada antisanitariyanın hökm sürdüyünü bildirib.

REKLAM

O, vurğulayıb ki, dəniz kənarındakı qumluq təmizlənmir. Eyni zamanda kanalizasiyanın çirkab suları birbaşa dənizə tökülür.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 28-dən iyulun 4-dək çimərlik ərazilərində növbəti monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıblar.

Bu dəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur.

Nə düşünürsən?