Azərbaycanda dəhşətli qətlin görüntüsü: Qadını diri-diri quyuda basdırdı

05.07.2019 | 2 852 | 0

2017-ci ilin noyabrın 13-də Şamaxıda baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub. Belə ki, Şamaxı rayon sakini Rəhim Bağırov ögey anası Badam Bağırovanı öldürərək həyətdəki su quyusuna ataraq üzərini daşla örtüb.

Oxu24.com  xəbər  verir  ki,  ARB televiziyasında  yayımlanan  "Kriminal"  verilişində  qətlin   təfərrüatı  və  meyitin  çıxarıldı  yer  nümayiş olunub.  Məlum  olub ki, R.Bağırov   1999-cu ildə  törətdiyi  bir   cinayətə   görə   həbs  olunub. Həmin  vaxt   onun  atası  Hacı  Bağırov  arvadı  Göyçək  və   gəlini   Gülnarəni   evdən   qovaraq   Badam   Bağırovanı   evə   ikinci   arvad   kimi  gətirib. Bundan  sonra  evdən  qovulan  qadınlar   məhkəməyə  müraciət  edərək   həmin  evdə  yaşamaq   hüquqlarının   təmin   edilməsinə   nayil  olublar.  Həmin   vaxt  həbsxanada  olan  Rəhim  Bağırov   hadisələrə   müdaxilə   edə   bilmədiyi   üçün  anasının   yerinə  evə   qadın    gətirilmiş    Badam   Bağırovaya   qarşı   düşmənçilik   münasibəti   formalaşıb.  Rəhim  Bağırov   həbsxanadan   çıxandan  sonra  Bahar   Bağırovanı  qətlə  yetirmək   niyyətinə    düşüb.  2017-ci ilin   noyabrında   həyətə   çıxan  Rəhim   ögey   anası  Badamın  həyətdə  zəfəran  yığdığını  görüb. Evdən  boşqabı  götürərək  onun   başına  vurub. Qadın  evə  qaçıb  girmək   istəyərkən   ayağı   sürüşərək   yerə   yıxılıb.

 Bu  zaman  Rəhim  onun   saçından  tutaraq  sürüyüb   və   həyətdə  yerləşən  su  quyusuna   atıb. Daha   sonra   daşları  qadının  üstünə ataraq  quyuda  diri-diri  basdırıb. Qadını   quyuda  basdıran  Rəhim evə  girərək  yatıb. Hadisə  ilə  bağlı  qadının azyaşlı oğlu  MirBağır  Bağırov evdə  yatdığından  xəbəri   olmayıb. O, yuxudan  oyanan  zaman   anasının  evdə  olmadığını   görüb. Küçəyə  çıxaraq  onu axtarmağa  başlayıb.  Anasını   tapa  bilmədiyi   üçün  xalasına   zəng edib  və   məlumat  verib.  Hadisə   yerinə   gələn   polis əməkdaşları  həyətə  baxış keçirənn   zaman    qadının   meyitini   quyuda  açkarlayıb  və   quyu   qazılaraq   meyit    çıxarıblıb.  Hadisə  ilə  bağlı   saxlanılan   Rəhim Bağırov   məhkəmədə   ifadəsində   deyib  ki, qadını   gözünə   şeytan  kimi  göründüyü   üçün öldürüb. Məhkəmə tərəfindən keçirilmiş stansianar məhkəmə tibbi ekspertiziyasının rəyindən məlum olub ki, qətli törədən zaman Rəhim Bağırov  tam  anlaqlı  vəziyyətdə    olub  və özünü  idarəetmə  qabiliyyətinə  malik olub. Lakin   hadisədən   sonra  istintaq   təcridxanasında  saxlanıldığı   müddətdə   R. Bağırovda  kəskin formada  psixi  pozğunluq  yaranıb. Buna   görə də ona  məcburi tibbi xarakterli  tədbirlərin   görülməsi   məsləhət   görülüb. Dövlət  ittihamçısı məhkəmədən  xahiş  edib ki, təqsirləndirilən  şəxsə   məcburi   müalicə  təyin  edilsin.Məhkəmə  nəticəyə  gəlib ki, R.Bağırovun   Cinayət Məcəlləsinin   120.2.4 maddəsində  nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübut eidlib. Məhkəmənin  qərarı  ilə  Rəhim  Bağırov cinayət məsuliyyətindən  azad edilib və onun  barəsində  tibbi xarakterli məcburi tədbirlər  təyin edilib.

Hadisə  ilə  bağlı videomaterialı və  geniş təfərrüatı  təqdim  edirik:

Günün  digər  xəbərləri: Bu yağlar sonsuzluq yaradır-Azərbaycan əhalisinə ŞOK XƏBƏRDARLIQ!

Bakıda dəhşət: Transı daşla vurub öldürdü-QƏTLİN ŞOK TƏFƏRRÜATI

Nə düşünürsən?
Yüklənir...