Zəriflərimizin Olimpiada arzuları

  • 03.07.2019
  • 0

Voleybol üzrə Qızıl Avropa Liqasında mübarizəni dayandıran qadınlardan ibarət milli komandamız yenidən bir araya gəlib. Seçməmiz Braziliyada təşkil olunacaq Olimpiya təsnifat mərhələsinə hazırlaşır. Təlim-məşq toplanışına 30-a yaxın voleybolçu dəvət olunub. Onlardan yalnız 14-ü Uberlandiya şəhərinə yollanacaq kollektivdə yer alacaq. Komandamızın italiyalı baş məşqçisi Ciovanni Kaprara zəriflərimizi gün ərzində 2 dəfə məşqə çıxarır. Çalışdırıcı əsasən fiziki hazırlıqlara və 2 tərəfli oyunlara üstünlük verir.

Bu gün üçün mən əsasən 2 məsələni düşünürəm. 1-si, biz daha çox birlikdə vaxt keçirməliyik. 2-si isə yarış qabağı yoldaşlıq matçlarımızın sayını artırmalıyıq. Turnirdəki rəqiblərimizə gəlincə. Braziliyanın təqdimata ehtiyacı yoxdur! Dominikan respublikası komandası son illər çox irəliləyib. Kamerun kollektivi də son dünya çempionatında pis təsir bağışlamayıb. Bir sözlə, işimiz çətin olacaq. Buna baxmayaraq qrup mərhələsini adlamağa çalışacağıq.

Məşqlərimiz davam edir. Biz bu dəqiqə Braziliyada keçiriləcək Olimpiya təsnifat oyunlarına köklənmişik. Olimpiadaya vəsiqə qazanmaq şansımız var. Bundan da maksimum yararlanmaq lazımdır. Bu qarşıya qoyulan əsas hədəfdir. Daha sonra Bakıya qayıdıb, dünya çempionatına hazırlıqlara başlayacağıq.

Xatırladaq ki, Olimpiya təsnifat mərhələsində seçməmiz Dominikan Respublikası, Kamerun və Braziliya komandaları ilə birdə D qrupunda mübarizə aparacaq. Uberlandiya şəhərində reallaşacaq qrupumuzun matçları avqustun 1-i 3ü aralığında oynanılacaq.

Nə düşünürsən?