Tələbələrin yekun attestasiyası

  • 03.07.2019
  • 0

Dövlət Gömrük Komitəsinin Akademiyasının "İqtisadiyyat" ixtisası üzrə tələbələrinin yekun dövlət attestasiyası keçirilib.

İyulun 3-də Dövlət Gömrük Komitəsinin inzibati binasında keçirilən imtahan prosesində, Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Səfər Mehdiyev və “İqtisadiyyat” ixtisası üzrə komissiyanın sədri - Vergilər naziri Mikayıl Cabbarov iştirak ediblər.

İmtahandan əvvəl çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Akademiyanın "İqtisadiyyat" ixtisası üzrə bitirən tələbələr barədə məlumat verib, onların bir sıra dövlət qurumlarında-İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatasında təcrübə keçdiklərini bildirib və gənclərə yekun dövlət attestasiyasında müvəffəqiyyətlər arzulayıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Vergilər Naziri Mikayıl Cabbarov tələbələrə uğurlar arzulayıb. 

Sonra tələbələr seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası üzvlərinin suallarını ətraflı cavablandırıblar.

Xatırladaq ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasında "İqtisadiyyat" ixtisası üzrə 22 tələbənin təhsili başa vurması gözlənilir.

Nə düşünürsən?