Maşın bazarında son qiymətlər

29.06.2019 | 11 | 0

Hər markada,hər qiymətə maşın var. Amma alıcı azdır.Görüntülər paytatdakı maşın bazarındandı.

Satıcılar isə bildirir ki, son 2 ayla müqayisədə alıcılıq xeyli zəifləyib.

Bazarda ən çox tələb isə mühərrik kiçik, istehsal ili yeni və kondisionerlərli avtomobillərədir. Amma həm alış, həm də ehtiyyat hissəsi qiymətləri ucuz olduğuna görə Almaniya istehsalı olan avtomobillərə də tələb var.

Rusiya istehsalı və kondisionersiz avtomobillər isə bazara az çıxarılır və belə maşınları isə bu aylarda nisbətən ucuz qiymətə ötən aylara nisbətən 500-1000 manat daha ucuz almaq olur.

Satıcılar üzü payıza doğru avtomobil bazarında canlanmanın olacağını gözləyirlər. Bu isə həm də qiymətlərin artımına səbəb ola bilər.

Nə düşünürsən?
Yüklənir...