Diqqət! Bakının bu ərazilərində maşın saxlamayın!

  • 28.06.2019
  • 0

Qanunsuz parklanmalarla bağlıtəxliyə işlərinin keçiriləcəyi ünvanlar məlum olub.

Bakı nəqliyyat agentliyindən verilən məlumata görə bu ünvanlar vətəndaşların müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir. Siyahıda 42 küçə və prospekt var.

Təxliyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti istirakçilarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşıtətbiq ediləcək.

Bundan əlavə Əhmədli, Xətai metrostansiyalarının qarşısı,Qara Qarayev prospekti, Bəkir Çobanzadə küçəsi-şadlıq saraylarının qarşısı, 8 km bazarının qarşısı, 3 mkr bazarının qarşısı və dairəsi, Afiyəddin Cəlilov və digər küçələrdə dayanma,durma və parklanma qaydalarını nəqliyyat vasitələri təxliyyə ediləcək.

Şəffaflığın təmin edilməsi məqsədilə təxliyə prosesinin video qeydiyyatı təmin olunacaq.Təxliyə olunan nəqliyyat vasitələri Baki Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və ''Qış parkı'' kimi tanınan ərazidəki yeralti avtomobil duracaqlarına daşınacaq. Hər iki duracaqda sürücülərin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalniz nağdsiz qaydada aparılacaq.

Nə düşünürsən?