Suaresin gülünc penalti istəyi gündəm oldu

  • 25.06.2019
  • 0

Uruqvaylı hücumçu Luis Suarez Amerika kubokunda Çili ilə oynadığı matçında özündən söz etdirməyi bacarıb.

Goal.az xəbər verir ki, əvvəllər rəqib oyunçuları dişləməsi ilə gündəm olan futbolçu, bu dəfə başqa bir hərəkətlə diqqət çəkib.

Rəqibin cərimə meydançasında vurduğu zərbə qapıçının əlinə dəyərək meydandan çıxıb. Barcelona-nın ulduz oyunçusu isə hakimə əl toxunuşu işarəsi edərək penalti gözləyib. Futbolçunun bu hərəkəti sosial şəbəkələrdə və dünya mediasında gündəmə damğa vurub.

Suarezin penalti istədiyi həmin epizodu təqdim edirik:

Nə düşünürsən?