Politoloqdan açıqlama: “Gürcüstan siyasi baxımdan çıxılmaz vəziyyətdədir”

  • 22.06.2019
  • 0

“Report”un Gürcüstan bürosuna açıqlamasında politoloq Tengiz Txilava bildirib ki, Gürcüstanda böhran çoxdandır yaranıb və bunun da səbəbi hökumətin qeyri-peşəkarlığıdır.

Politoloqun sözlərinə görə, Abxaziyada döyüşdüyü iddia olunan rusiyalı deputat Sergey Qavrilovun Tbilisiyə dəvət olunması səhv addımdır: “Hakim komanda üzvlərinin rusiyalı deputatın parlamentdə spikerin kreslosunda əyləşməsinin razılaşdırılmadığını bildirərək, özlərinə haqq qazandırmaları isə növbəti ağılsızlıq olub. Hamıya məlumdur ki, bu cür tədbirlərin proqramı və gündəliyi öncədən təsdiqlənir”.

Nə düşünürsən?