Avropa çempionları vətəndə

  • 21.06.2019
  • 0

İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıtdı.

Üç qızıl, bir gümüş və iki bürünc medal qazanan seçməmizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli qarşılanma mərasimi reallaşdı.

Komandamızı Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləşçilər və idmançıların ailə üzvləri qarşıladı.

AGF-nin yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev və seçməmizin böyük məşqçisi Taleh İsrafilov komandanın çıxışını yüksək dəyərləndirdi.

Qitə çempionatının mükafatçıları qarşıdakı hədəflərindən danışdılar.

Xatırladaq ki, millimizin heyətində Fərid Sadıqlı, Məlik Əliyev və Nihat Məmmədli qızıl, Laçın Vəliyev gümüş, Xasay Həsənli ilə Allahverdi Əliyev isə bürünc medala sahib olub.

Nə düşünürsən?