Uşaq pulları ilə bağlı əhaliyə mühüm xəbər!

  • 20.06.2019
  • 0

Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60%-i deməkdir.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı danışarkən deyib.

S.Babayev bildirib ki, yerdə qalan 40% pensiyaçı da yaddan çıxmayıb. Nazirin sözlərinə görə, 2020-ci ilin yanvarından pensiya artacaq: “Orta aylıq əməkhaqqı artımı ilə bağlı proqnozumuz bu il üçün 15%-dir. Buna uyğun olaraq 2020-ci ilin 1 yanvar tarixindən bütün pensiyaçıların təqaüdü əlavə 15% artacaq".

2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezident İlham Əliyevin təqdim etdiyi yeni uğurlu sosial paket bu bəyanatın daha bir real təsdiqi və sosial sahədə yeni inqilabi addımlar olmaqla, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti ciddi irəliləyişlərə imkan verib. Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq ki, bununla həm də minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş olacaq.

Prezident İlham Əliyevin sərəncamı ilə Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Mədət Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sonxeber.az xəbər verir ki, sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 56) ləğv edilsin.

Prezident İlham Əliyev Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev DTX rəisi vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyev Vilayət Eyvazovun daxili işlər naziri vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla V.Eyvazov daxili işlər nazirinin müavini vəzifəsindən azad edilərək nazir vəzifəsinə təyin edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ikinci sosial paketə ayrılan maliyyə vəsaitinin mənbəyini açıqlayıb.

Sonxeber.az xəbər verir ki, nazir parlamentdə çıxışında bildirib ki, ikinci qəbul edilən sosial paketin maliyyə dəyəri 660 milyon manatdır:

"Onun da 560 milyon manatı dövlət büdcəsinin, qalan 100 milyon manatı isə Dövlət Sosial Müdafiə Fondunun payına düşür. Dövlət büdcəsindən yönəldilən vəsait isə yenə daxildən əldə edilən vəsaitdir. Bu vəsaitlər vergi və gömrük yığımları hesabına baş verib".

Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sonxeber.az-ın məlumatına görə, sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

“Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bu barədəBaş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manata qaldırılıb.

Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Qeyd edək ki, xidməti heyətə yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digərləri daxildir.

Nə düşünürsən?