Mədət Quliyevə yeni vəzifə verildi!

  • 20.06.2019
  • 0

Prezident İlham Əliyev M.Q.Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2019-cu il".

Prezident İlham Əliyev Əli Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

İnterAz xəbər verir ki, sərəncamla Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Nə düşünürsən?