Emil Balayevli "Tobol" kubokla vidalaşdı

  • 20.06.2019
  • 0

Qazaxıstan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Kaysar"ın 1:3 hesabı ilə uduzub. İki görüşün nəticəsinə görə, "Kaysar" finala yüksəlib.

 

Sözügedən oyunda Emil Balayev Kostanay təmsilçisinin qapısını qoruyub.

 

Qeyd edək ki, "Tobol" evdəki ilk oyunda "Kaysar"ı 1:0 hesabı ilə məğlub etmişdi.

Nə düşünürsən?