Bakıda şok olay: Dindarlar vətəndaşı vəhşicəsinə döydülər

  • 14.06.2019
  • 0

Bakının Mehdiabad qəsəbəsində dini zəmində vətəndaşı vəhşicəsinə döyüblər. Bu barədə PİA.az-a zərəçəkən Qismət Salahovun yaxınları məlumat veriblər.

Hadisə Mehdiabad qəsəbəsinin Digah məscidində baş verib. Belə ki, məscidin axundu Hacı Rza məscidə namaz qılmağa gələn Qismət Salahovu əvvəl təhqir edib: “Sən necə mömünsən ki, sənin ailən hicab örtmür”, deyən axund zərəçəkənə qarşı ədəbsiz ifadələr işlədib. Məsciddən evə döndükdən sonra axşam saatlarında bir qrup şəxs onu evindən çölə çağırıb və uşaqlarının gözü qabağında vəhşicəsinə döyməyə başlayıblar. Qismət Salahovun baş nahiyəsinə beşbarmaqla ağır zərbələr endirilib.

Qismət Salahov ağır vəziyyətdə Musa Nağıyev adına təcili yardım xəstəxanasına qaldırılıb. Hazırda Q.Salahov Musa Nağıyev adına xəstəxananın travmatologiya şöbəsində 307-ci palatada yatır. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Nə düşünürsən?