Bakıda "Tucson" yola "protiv" girdi - Qəza baş verdi

  • 14.06.2019
  • 0

Badamdarda maşın bazarının yaxınlığında yol qəza hadisəsi baş verib. 

Unikal.org-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək "Hundai Tucson"la toqquşub. 20 yanvar istiqamətində gedən "Hundai Tucson"un sürücüsü yola səhv daxil olduğu üçün dönmə əməliyyatı ilə Yasamala doğru yol almaq istəyərkən arxadan gələn BMV ilə çırpılıb. 

Qəza nəticəsində BMV-nin sürücüsü yüngül xəsarət alıb. Əraziyə DYP əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.