SON DƏQİQƏ: Moskva qarışdı - Yüzlərlə polis hərəkətə keçdi

  • 12.06.2019
  • 0

Moskvada etiraz aksiyası keçirilib.


Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, yüzlərlə etirazçı bir araya gələrək, həbs edilən jurnalist İvan Qolunova dəstək nümayiş etdirib. İcazəsiz aksiya olduğuna görə, polis nümayişçilərə müdaxilə edib. Azı 35 nəfər saxlanılıb. Onların arasında blogger Aleksey Navalnı və bir neçə jurnalist var.


Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyindən araşdırmaçı-jurnalist İvan Qolunova qarşı irəli sürülmüş ittihamların geri çəkildiyi, onun azad olunacağı bildirilib. Bir neçə saat sonra isə İvan Qolunov sərbəst buraxılıb. O, narkotik ticarətində ittiham edilirdi. Lakin ittihamlar sübut olunmayıb.

Nə düşünürsən?