Göyçayda biçilməmiş taxıl sahəsi yanıb

  • 12.06.2019
  • 0

Göyçay rayonunun Mirzəhüseynli kəndində vətəndaşa məxsus 10 hektar biçilməmiş taxıl sahəsinin 1,5 hektarı yanıb.

Hadisə yerinə FHN-in Ağdaş və Göyçay rayonları üzrə yanğın mühafizə hissələrinin texnika və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır (Report).

Nə düşünürsən?