“Cannibal”ın üzvü zirvədə

11.06.2019 | 0 | 0

Bu ilin iyul ayında Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında iştirak edəcək oğlan və qızlardan ibarət U17 yığma komandalarımızın üzvləri Belçikada hazırlıq prosesini davam etdirirlər.

Təlim-məşq prosesi çərçivəsində idmançılarımız adı çəkilən ölkədə təşkil edilmiş beynəlxalq turnirlərdə mübarizə aparır.

Heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komandamız Bertem şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib.

Belçikanın “Cannibal” komandasının heyətində yarışan velosipedçilərimiz 40 km məsafəyə qrup ötüşməsi zamanı əla komanda işi nümayiş etdirib.

Nəticədə təmsilçimiz Nikita Sıtov finiş xəttini 1-ci keçərək fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, velosipedçilərimiz yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında həm fərdi, həm də qrup ötüşməsi yarışlarında mübarizə aparacaq.

Nə düşünürsən?
Loading...

Sahne

XeberAzDünən 15:31