Madriddə fərqlənən qapıçı

  • 11.06.2019
  • 0

“Sabah” futbol klubunun U-12 komandasının üzvü İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmış “Dostluq üçün futbol” sosial layihəsinin qalibi adını qazanıb.

“Antiguan Racer” komandasında çıxış edən qapıçı Ayxan Əlizadə turnirin ali mükafatına yiyələnib.

Əlizdə oyunsonrası penalti seriyasında iki zərbəni dəf edərək komandasının uğurunda əsas pay sahibi olub.

Qeyd edək ki, "Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramı 2013-cü ildən keçirilir.

Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir.

Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.

Layihə çərçivəsində Dostluq və Beynəlxalq Futbol Gününə həsr olunmuş tədbirlər də keçiriləcək.

Sülh, dostluq, bərabərlik və sağlam həyat tərzini təbliğ edən bu cür aksiyalar Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada da təşkil olunur.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı təmsil etmiş Rəvan Kazımovda turnirin qızıl medalına sahib olmuşdu.

Nə düşünürsən?